NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Nazir: COP29 istixana qazı emissiyalarının azaldılması ilə bağlı müzakirələri davam etdirmək üçün platforma olacaq

...

Yüksək səviyyəli aeronaviqasiya xidmətlərinin göstərilməsi və onun əsas hava marşrutlarının kəsişməsində yerləşməsi sayəsində 2021-ci ildən Azərbaycanın hava məkanı ilə tranzit daşınması 3,5 dəfə artaraq ayda təxminən 18 min tranzit uçuş təşkil edib.

Bu sözləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən Ümumdünya Aeronaviqasoya Sammitində çıxış zamanı deyib.

Onun sözlərinə görə, AZANS tərəfindən idarə olunan hava məkanından dünyanın demək olar ki, bütün aparıcı aviaşirkətlərinin daxil olduğu 209 müxtəlif hava məkanı şirkəti istifadə edir ki, bu da Azərbaycanın aviasiya imkanlarına olan inam və etibarın göstəricisidir.

“Diqqət çəkən vacib məqam odur ki, Azərbaycanın öz torpağı və səması üzərində suverenliyinin yenidən bərpa etməsi AZANS-a ölkə ərazisində hava hərəkətinə hərtərəfli şəkildə nəzarət etmək imkanı verib. Bu mühüm inkişaf, işğal olunmuş ərazilərin azad edilməsi əməliyyat səmərəliliyini artırmaqla yanaşı, həm də Azərbaycan sərhədləri daxilində aviasiya üçün təhlükəsizlik standartlarını yüksəldir və bütün hava məkanı istifadəçiləri üçün rahat və təhlükəsiz istifadəni təmin edərək yeni marşrut imkanları açır”,

Nazir həmçinin əlavə edib ki, uçuş marşrutlarının optimallaşdırılması yanacaq sərfiyyatını və karbon emissiyalarını 10 faiz, dayanıqlı aviasiya yanacağı isə adi aviasiya yanacağı ilə müqayisədə həyat dövrü istixana qazı emissiyalarını 80 faiz azalda biləcəyi təxmin edilir: “CANSO-nun “GreenATM” proqramı kimi təşəbbüslər karbon emissiyalarını minimuma endirmək və ekoloji cəhətdən təmiz təcrübələri təşviq etmək məqsədi daşıyır. AZANS bu gün CANSO “GreenATM” akkreditasiya proqramına qoşulmağa hazırlaşır ki, bu da bizim hava hərəkətinin idarə edilməsində davamlılıq və innovasiyaya birgə öhdəliyimizi bir daha əks etdirir. Davamlılıqdan danışarkən mən bu ilin noyabrında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının COP29 tədbirini xüsusi qeyd etmək istərdim. Bu konfrans zamanı dünya liderləri tərəqqini qiymətləndirmək və iqlim dəyişikliyi ilə bağlı ən yaxşı yolları müzakirə etmək üçün bir araya gələcəklər. Ən önəmlisi odur ki, bu konfrans istixana qazı emissiyalarının azaldılmasında hava hərəkətinin idarə edilməsinin rolu ilə bağlı mühüm müzakirələrimizi davam etdirmək üçün bir platforma təmin edəcək”.

Nəşr edilib : 12.06.2024 11:56