NAXÇIVAN :

03 Oktyabr 2024, Cümə axşamı

Nazir: COP29 enerji keçidində maliyyələşdirmə mexanizmlərinin təmin edilməsinə istiqamətlənəcək

...

Dünyada iqlim dəyişmələri, azalan təbii ehtiyatlar və artan tələbat yaşıl iqtisadiyyatın inkişafını zəruri edir. Bu, hər bir ölkənin dayanıqlı inkişafı üçün vacib faktora çevrilib. Dünya Bankının hesablamalarına əsasən, iqlim dəyişikliyinin təsiri nəticəsində 2050-ci ilədək qlobal ÜDM illik 1,5-5 faiz arası azalacaq.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakı İqlim Fəaliyyəti Həftəsinin açılış mərasimində çıxışı zamanı deyib.

“İqlim dəyişikliyi ekoloji tarazlığı pozaraq biomüxtəlifliyə də təsir edir. Bu faktorlar iqlim dəyişikliyinin geniş təsirlərinin yumşaldılması üçün təcili tədbirlərin görülməsinin vacibliyini bir daha vurğulayır. COP29-un ev sahibi kimi Azərbaycanın müəyyən öhdəlikləri var. Əgər bu günə qədər ölkələr iqlim dəyişikliyi fonunda nə etmək lazım gəldiyi barədə düşünürdülərsə, əsas gündəliyinin iqlim maliyyələşməsi olduğuna görə COP29-un konkret hərəkətə keçmək istiqamətində addım olacağına inanırıq. COP29 enerji keçidində maliyyələşdirmə mexanizmlərinin təmin edilməsinə istiqamətlənəcək və ölkəmiz bütün maraqlı tərəflərin bu prosesə cəlb olunması, inklüziv müzakirələrin aparılmasına nail olmaq niyyətindədir. Bunun üçün dövlətləri, beynəlxalq təşkilatları, maliyyə institutlarını, enerji sahəsində işləyən böyük şirkətləri COP29-un işinə cəlb etmək, özəl investisiyaların aşağı karbonlu biznes həllərinin tətbiqi istiqamətində təkliflərin müzakirəsini təşkil etmək lazımdır", - deyə nazir bildirib.

Nəşr edilib : 30.09.2024 11:19