Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində ...
15:04 06.10.2026
0
0
0
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı 39 milyard ABŞ dollarından çox investisiya ilə Azərbaycanın ən böyük xarici investoru və əsas iqtisadi tərəfdaşlarından biridir.
"Şərq qapısı" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bildirib ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarla görüşüb.
Görüşdə ikitərəfli münasibətlərin inkişaf gündəliyindəki məsələləri, o cümlədən enerji, ticarət, investisiya, nəqliyyat, rəqəmsallaşma və digər prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edilib.
Digər xəbərlər