Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə mad...
15:36 06.10.2026
0
0
0
Azərbaycan ilə Böyük Britaniya arasında tranzit yükdaşımalarının həcmi 2025-ci ildə 14 faiz artıb.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında çıxışı zamanı deyib.
O bildirib ki, qarşıdakı dövrdə əsas prioritetlərdən biri Orta Dəhlizin ötürücülük qabiliyyətinin daha da artırılması və rəqəmsallaşdırılmasıdır.
“Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar mövcuddur. 2025-ci ildə Azərbaycan ilə Böyük Britaniya arasında tranzit yükdaşımalarının 14 faiz artması bu potensialı əks etdirir. Rəqəmsal transformasiya da əməkdaşlığın perspektivli istiqamətlərindəndir. Süni intellekt, kibertəhlükəsizlik, məlumat mərkəzləri və insan kapitalının inkişafı sahələrində birgə təşəbbüslər üçün böyük potensial var”, - deyə nazir qeyd edib.
Digər xəbərlər