Gənclər və idman naziri “Eurosport”un nümayəndələr...
22:47 18.11.2026
0
0
0
Almaniyalı həmkarımla apardığım müzakirələr kontekstində regional məsələlərə də nəzər saldıq.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri Yohan David Vadeful ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırdığını vurğulayan nazir əlavə edib: “Mən müzakirələr zamanı işğaldan azad edilmiş ərazilərdə gedən bərpa-quruculuq işləri, yüz minə yaxın insanın öz doğma torpaqlarına qayıtması, orada təhsil alması, işləməsi barədə danışdım. Mina təhlükəsi və bölgə ilə bağlı bir sıra digər mövzularda fikir mübadiləsi apardıq. Eyni zamanda, daha geniş coğrafiyaya nəzər salaraq həm Şərqi Avropada, həm yaxın Şərqdə davam edən müharibələrin, münaqişələrin bölgəmizə, ölkələrimizə yaratdığı risk faktorları barədə danışdıq”.
Digər xəbərlər