Gənclər və idman naziri “Eurosport”un nümayəndələr...
22:47 18.11.2026
0
0
0
NAXÇIVAN :
18 Noyabr 2026, Çərşənbə
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Kəngərli Rayon İcra Hakimiyyətinin inzibati binasında İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərovun, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 13-cü ərazi sektorunun müdiri Çingiz Əliyevin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Coğrafi İnformasiya Sistemləri və Layihələrin idarə edilməsi mərkəzinin direktoru Firidun Tağıyevin, Rayon İcra Hakimiyyətində yaradılmış rayon qərargahının üzvlərinin, həmçinin sahibkarların iştirakı ilə görüş keçirilib.
"Şərq qapısı" xəbər verir ki, görüş zamanı Dövlət Proqramında qarşıya qoyulmuş vəzifələrin Kəngərli rayonunda icrası, rayonun aqrar potensialının genişləndirilməsi, müasir və intensiv kənd təsərrüfatı texnologiyalarının tətbiqi, istehsal həcminin və məhsuldarlığın artırılması, eləcə də kənd təsərrüfatının inkişafı üçün mövcud imkanlardan səmərəli istifadə məsələləri müzakirə olunub. Aqrar sahədə fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları problemlər, onların həlli yolları və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Görüşün ardından təsərrüfat subyektlərində görülən işlərlə yerində tanış olmaq məqsədilə baxış keçirilib. Baxış zamanı quşçuluq, bağçılıq, balıqçılıq və istixana təsərrüfatı sahiblərinin qarşılaşdıqları problemlər dinlənilib. Təsərrüfat sahiblərinə Dövlət Proqramının məqsəd və vəzifələri, aqrar sahənin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlər, tətbiq olunan subsidiya mexanizmləri və dövlət dəstəyi imkanları barədə məlumat verilərək mövcud imkanlardan səmərəli istifadə, istehsal həcminin və məhsuldarlığın artırılması, müasir aqrotexniki yanaşmaların tətbiqi, istehsal proseslərinin təkmilləşdirilməsi və yeni istehsal sahələrinin yaradılması istiqamətində müvafiq tövsiyələr verilib. Eyni zamanda aqrar sahədə fəaliyyət göstərən sahibkarların təşəbbüslərinin dəstəklənməsi və kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsi istiqamətində qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Digər xəbərlər