NAXÇIVAN :

11 Yanvar 2025, Şənbə

“Naxçıvanpoçt”da ötən ildə 140 minə yaxın poçt bağlaması qəbul edilib və ya göndərilib

...

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Naxçıvanpoçt”da ötən ildə 140 minə yaxın poçt bağlaması qəbul edilib və ya göndərilib.

Həmçinin, hesabat dövründə “Naxçıvanpoçt”-un mərkəzi filialında iş saatı artırılıb. Məqsəd əhaliyə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin olunmasıdır. Artıq Naxçıvan şəhər mərkəzi poçtu şənbə-bazar günləri də daxil olmaqla həftənin 7 günü saat 08:00-dan 19:00-dək vətəndaşlara fasiləsiz olaraq xidmət göstərir.

Qeyd olunanlarla yanaşı, yerli bələdiyyə vergilərinin ödənilməsi, eləcə də istehlakçılar tərəfindən sərf olunan qaz, elektrik enerjisi, su, rabitə və internet xidmətlərinin dəyərinin ödənilməsi ilə yanaşı, mərkəzi filialda müraciətlərinə əsasən telefon və internet çəkilişləri üzrə vətəndaşlardan ərizələrin qəbuluna da başlanılıb. “Naxçıvanpoçt” tərəfindən vətəndaş mənunluğunun artırılması, göndərişlərin vaxtında və təhlükəsiz şəkildə çatdırılması, o cümlədən elektron ticarətin inkişafına yönəlmiş mühüm layihələr icra edilməkdədir.

 

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat 

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 10.01.2025 21:27