Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin məzunları olan Novruzov Elvin (Kamança ixtisası), Novruzova Nuray (Qanun ixtisası), Babayev Fərid (Kamança ixtisası) cari tədris ilindən Qarabağ Universitetində müəllim kimi pedaqoji fəaliyyətə başlayıb.
Qeyd edək ki, həmin məktəbin 3 məzunu – İsmayılzadə Vüqar (Skripka ixtisası), Seyidova Aytən (Kamança ixtisası), Hacızadə Özgür (Tar ixtisası) hazırda Qarabağ Universitetinin İncəsənət fakültəsində təhsil alır.
Məzunlarımızın hər birinə gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Digər xəbərlər