"Konstitusiya və Suverenlik İli” çərçivəsində "Kon...
21:29 29.04.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, Bakı şəhərində bodibildinq və fitnes üzrə Azərbaycan kuboku keçirilib. "Elektra Events Hall"da reallaşan yarışda 76 iştirakçı medallar uğrunda mübarizə aparıb. Yarışa maraq böyük olub. Tamaşaçılar arasında gənclər və idman naziri Fərid Qayıbov da olub.
Həsən Abdullayevin çıxışına gəlincə, 2021-ci ilin klassik bodibildinq üzrə mütləq Azərbaycan çempionu olan təmsilçimiz bu dəfə “Classic Physique” növündə çıxış edib. İdmançı ikinci yerə layiq görülüb. Buna baxmayaraq, yığma komandanın məşqçiləri tərəfindən yüksək qiymətləndirilən Həsən Abdullayevin adı ölkəmizi Avropa çempionatında təmsil edəcək idmançı heyətinə daxil edilib.
Qeyd edək ki, Avropa çempionatı aprelin 30-dan mayın 3-dək Santa Susannada (İspaniya) təşkil olunacaq.
Digər xəbərlər