Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə 10-12 aprel 2026-cı il tarixlərdə Bakı şəhərində yerləşən Sərhədçi İdman Mərkəzində “Grand Prix” beynəlxalq karate turniri keçirilib. Turnirdə 6 ölkədən, ümumilikdə, 700-ə yaxın idmançı mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikasından yarışda “Naxçıvan” karate klubunun idmançıları təmsil olunublar. Klubun üzvlərindən Fatimə Bağırzadə 10-11 yaş kateqoriyasında 44 kq çəki dərəcəsində birinci yerin sahibi kimi turnirin qızıl medalına layiq görülüb. Digər idmançı Sona Nəcəfbəyli (8-9 yaş, -32 kq) isə turniri üçüncü yerdə başa vurub.
Əlavə edək ki, beynəlxalq yarışın ardınca 2-ci liqa (həvəskarlar) üzrə turnir təşkil olunub. Həmin turnirdə Hüseyn Qafarlı (10-11 yaş, +50 kq) birinci, Damla Tağızadə (10-11 yaş, -44 kq) ikinci yerə, Fuad Sadiqov (10-11 yaş, -40 kq) və Yusif Tağıyev (10-11 yaş, -40 kq) isə üçüncü yerə sahib olublar.
Digər xəbərlər