NAXÇIVAN :

11 Fevral 2026, Çərşənbə

Naxçıvanlı cüdoçular ölkə liqasının mükafatçıları arasında

...

Bakı şəhərində cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının IV – sonuncu turuna yekun vurulub. Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışa Naxçıvandan məşqçi Orxan Quliyevin rəhbərliyi ilə 5 cüdoçu qatılıb. Onlardan 2-si mükafatçı olmağı bacarıb. 

Təmsilçilərimizdən Ləman Bağırova qızların yarışında 28 kq çəki dərəcəsində 4 görüş keçirib. İdmançı finaladək qələbə ilə irəliləsə də, həlledici görüşdə istəyinə çata bilməyib və gümüş medal qazanıb. Oğlanların yarışında mübarizə aparan İsmayıl Şükürlü də eyni qaydada çıxış edib, 60 kq çəkidə gümüş medalçı olub.  

Qeyd edək ki, Ləman Bağırova sonuncu turdan öncə reytinq sıralamasına başçılıq edir. Yekun sıralama Azərbaycan Cüdo Federasiyası tərəfindən açıqlanacaqdır.

Nəşr edilib : 24.11.2025 10:54