NAXÇIVAN :

15 Yanvar 2026, Cümə axşamı

Naxçıvanlı boksçu Çində beynəlxalq turnir qalibi olub

...

Yeniyetmə boksçulardan ibarət Azərbaycan millisi Çində təlim-məşq toplanışı çərçivəsində “Kəmər və Yol” beynəlxalq turnirinə qatılıb. Yığmamız Sincan-Uyğur Muxtar Rayonunda 19 ölkənin iştirakı ilə baş tutan yarışı 4 medalla başa vurub.
Millimizi 60 kq çəki dərəcəsində təmsil edən Naxçıvan boks məktəbinin yetirməsi Haqverdi Həsənov finalda qazaxıstanlı rəqibinə qalib gələrək qızıl medala sahib çıxıb. Digər təmsilçilərimizdən Səftər Məmmədzadə (+80 kq) gümüş, Raul Heydərli (57 kq) və Adil Zalov (70 kq) bürünc medal qazanıblar.
Xatırladaq ki, məşqçi Elnur Kərimlinin yetirməsi olan Haqverdi Həsənov yeniyetmələr arasında Avropa üçüncüsü, Azərbaycan çempionu, müxtəlif beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır.

Nəşr edilib : 29.08.2025 19:06