NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Naxçıvanlı alim beynəlxalq simpoziumda məruzə edib

...

"Şərq qapısı" xəbər verir ki, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov Türkiyənin Qars şəhərindəki Qars Qafqaz Universiteti tərəfindən təşkil olunan “I Uluslararası Kafkasyada islam ve medeniyet Sempozyumu”nda (Qafqazda islam və mədəniyyət I beynəlxalq simpoziumu) iştirak edib.
10-11 oktyabr 2024-cü il tarixlərdə baş tutan konfransda Elxan Məmmədov “Eynəli bəy Sultanovun Qafqazda din və islam mövzusunda yazdığı məqalələrinə tənqidi baxış" mövzusunda məruzə edib.
Elxan Məmmədovun təqdim etdiyi məruzə maraqla qarşılanıb, mövzu ətrafında müzakirə aparılıb. Müzakirə zamanı tədqiqatçı Eynəli bəy Sultanovun kimliyi, fəaliyyəti, məqalələrindəki islam və din barədəki tezisləri ilə bağlı ona ünvanlanan sualları cavablandırıb.
Konfransdan sonra iştirakçılar Qars qalası, şəhərdə yerləşən muzeylər,
həmçinin tarixi Ani şəhəri ilə tanış olublar.

Nəşr edilib : 14.10.2024 12:33