NAXÇIVAN :

05 Fevral 2025, Çərşənbə

Naxçıvanlı 9 yaşlı məktəbli İstanbulda keçirilən “STEAM AHEAD- 2024” olimpiadasında qalib olub

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi Əsmənur Kərimli Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən  “STEAM AHEAD- 2024” olimpiadasının final mərhələsində iştirak edərək riyaziyyat fənni üzrə bürünc medala layiq görülüb.
Qeyd edək ki, Əsmənur Kərimli  2024-cü ilin aprel ayında keçirilən SASMO- 2024 olimpiadasının qalibi kimi “STEAM AHEAD- 2024” olimpiadasına qatılıb. 
Məlumat üçün bildirək ki, olimpiadanın final mərhələsində  21 ölkədən 1254 məktəbli iştirak edib.

Nəşr edilib : 10.12.2024 15:41