Naxçıvan Muxtar Respublikasında oktyabrın 8-nə göz...
23:31 07.10.2024
0
0
0
Quba Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə "Grace of Nature" turniri keçirilib. Yarışda paytaxt Bakı və bölgələri təmsil edən 26 klubdan 255 idmançı iştirak edib. Üç gün davam edən yarışlarda fərdi proqramlar və qrup hərəkətləri üzrə qaliblər müəyyən olunub.
Naxçıvandan məşqçi Humay Qafarovanın rəhbərliyi ilə 7 idmançı yarışda çıxış edib. Onlardan 4-ü mükafatçılar sırasına düşüb. Təmsilçilərimiz 2 gümüş və 2 bürünc medal qazanıblar. Belə ki, halqa ilə hərəkətlərdə Təranə Əlizadə və İlay Sangur ikinci, Aydan Hüseynli isə üçüncü olub. Digər gimnastımız Mədinə Novruzlu topla hərəkətlərdə üçüncü yerə layiq görülüb.
Digər xəbərlər