NAXÇIVAN :

16 Iyul 2026, Cümə axşamı

Naxçıvanın xarici ticarət dövriyyəsi artıb

...

Cari ilin yanvar-iyun aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 70 milyon 470 min 950 ABŞ dolları təşkil edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən “Şərq qapısı”na bildirilib ki, ticarət dövriyyəsinin 6 milyon 649 min 400 dollarını və ya 9,4 faizini ixrac olunan məhsulların, 63 milyon 821 min 550 dollarını və ya 90,6 faizini isə idxal məhsullarının dəyəri təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 22,5 faiz, o cümlədən idxal 23,4 faiz, ixrac isə 14,4 faiz artıb.
Həmçinin 2026-cı ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 104 milyon 888 min 500 manat olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz azalmadır.

Nəşr edilib : 16.07.2026 14:46