FHN: Ötən həftə 685 yanğına çıxış olub, 13 nəfərin...
10:00 17.08.2026
0
0
0
27 aprel tarixdə keçirilən Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turunun nəticələri elan edilib.
Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərindən 36 şagird Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin finalına vəsiqə qazanıb.
Qeyd edək ki, cari tədris ilində final mərhələsinə vəsiqə qazanan şagirdlərin sayı ötən illə müqayisədə 64% çoxdur.
Məlumat üçün bildirək ki, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin final turu 31 may tarixdə keçiriləcək.
Digər xəbərlər