NAXÇIVAN :

11 Fevral 2026, Çərşənbə

Naxçıvanın iqtisadiyyat naziri Türkiyənin Baş konsulu ilə görüşüb

...

İyulun 16-da Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev ilə Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya arasında görüş keçirilib. 
Naxçıvanda iqtisadi sahədə görülən işlər barədə qonağa məlumat verən nazir Kazım Hüseynəliyev iki qardaş ölkə arasında sözügedən sahədə ikitərəfli əməkdaşlığın ardıcıl və məqsədyönlü şəkildə inkişaf etdirildiyini diqqətə çatdırıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya iki ölkə arasında münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə edib. 
Görüş zamanı, həmçinin iqtisadi əlaqələrin inkişafı istiqamətində görülə biləcək işlər və qarşılıqlı maraqdoğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 16.07.2025 18:27