Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının müxtəlif ərazilərində müşahidə olunan yağıntılı hava şəraiti nəticəsində bir sıra bölgələrdə yağış və qar qeydə alınıb.
Aprelin 14-də düşən yağıntının miqdarı Naxçıvan şəhərində 4, Şahbuzda 12, Küküdə (Şahbuz) 14, Biçənəkdə (Şahbuz) 10, Şərurda 3, Axurada (Şərur) 7, Ordubadda 8, Parağaçayda (Ordubad) 26, Culfada 8, Kəngərlidə 3, Sədərəkdə isə 2 mm olub.
Şahbuz və Ordubad rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb.
Qarın hündürlüyü Ordubad rayonunun yüksək dağlıq ərazilərində (3000 m) 88, Parağaçay Qar Uçqunu Stansiyasında 25, Şahbuz rayonunun Kükü kəndində 5, Biçənək kəndində isə 6 sm qeydə alınıb.
Digər xəbərlər