NAXÇIVAN :

21 Iyul 2026, Çərşənbə axşamı

Naxçıvanın bir sıra ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq

...

“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) "Şərq qapısı"na verilən məlumata görə, iyulun 19-da 110/35/10 kV-luq Xalçaçılıq yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar 1, 9, 13, 16, 19, 25, 33 və Xalçaçılıq 10 kV-luq hava elektrik verilişi xətlərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Bununla əlaqədar  iyulun 19-da saat 02:00-dan 05:00-dək Naxçıvan şəhəri, İstiqlal küçəsində yerləşən 111, 113, 115, 117 və 129 nömrəli binalarda,  Şadlinski, Bəktaşi, Nizami, İlqar Ələkbərov, Səməd Vurğun, Xətai və Vüqar Abbasov küçələrində, 54, 56, 59, 60 və 61-ci, Əcəmi məhəlləsi və Əliabad qəsəbəsində, həmçinin Babək rayonunun bəzi ərazilərində və Şahbuz rayonunda elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Qeyd edək ki, enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir.
Təmir və  yenidənqurma işləri yekunlaşdıqdan sonra sözügedən ərazilərdə abonentlər  daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə  təmin ediləcəklər.

Nəşr edilib : 18.07.2026 13:57