Ali Məclisin deputatları bu tarixlərdə vətəndaşlar...
10:41 23.11.2024
0
0
1
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi çərçivəsində “Naxçıvanı tanıyaq” devizi altında növbəti tədbir Ordubad rayonunda təşkil olunub. Babək Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri Ordubad şəhərində yerləşən Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər.
Ziyarətçilərə mədəniyyət ocağı haqqında məlumat verilərək bildirilib ki, 50 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 4000-dən artıq eksponat qorunub saxlanılır. Ən qədim eksponat eramızdan əvvəl II-I minilliyə aid Gəmiqaya qranit daşları, 32 ədəd Quran cüzvələri əl ilə yazılıb. Burada qədim numizmatika, pul nümunələri, Zınqırovlu sandıq vardır. Ordubadın varlı təbəqəsindən olan Ərbab adlı şəxs qiymətli əşyalarını saxlamaq üçün onu Fransadan gətirtdirib. Muzeydə varlı Ərbaba məxsus bir neçə eksponat qorunub saxlanılır. İri kəfkirli saat da məhz onun şəxsi istifadəsində olub.
Sonda xatirə şəkli çəkdirilib
Digər xəbərlər