NAXÇIVAN :

16 Iyul 2025, Çərşənbə

Naxçıvandan 4 karateçi Qarabağ turnirində qalib olub

...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, Ağdam Olimpiya İdman Kompleksində mərhum idmançı Elçin Mahmudovun xatirəsinə həsr olunmuş karate üzrə Qarabağ turniri keçirilib. 200-dən çox idmançının qatıldığı turnirdə Naxçıvan Muxtar Respublikasından 5 idmançı iştirak edib və onlar 4-ü qızıl, 1-i bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar. 

Turnirdə kumite üzrə çıxış edən təmsilçilərimizdən Məhəmməd Bağırov (U-21, -68 kq), Canər Abbaszadə (16-17 yaş, -76 kq), Nizami Orucov (13-yaş, 45-kq) və Yusif Orucov (9 yaş 25-kq) qızıl, Qədim Bağırov (14-15 yaş -63 kq) isə bürünc medal əldə edib.

Nəşr edilib : 02.07.2025 15:19