NAXÇIVAN :

28 Aprel 2025, Bazar ertəsi

Naxçıvandan 2 kikboksçu Türkiyədə döyüş gecəsinin qalibi olub

...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə,
İstanbul şəhərində “AKIN Fight” promouşn turniri çərçivəsində peşəkar kikboksinq gecəsi təşkil olunub. “Levent Bulut” Döyüş Klubunun təsisçisi və məşqçisi Etibar Qəribovun rəhbərliyi altında 4 kikboksçu turnirin “Alt maçlar” formatında öz qüvvəsini sınayıb. İdmançılarımızdan ikisi gecənin qalibi olub, digər biri isə ikinci yerə layiq görülüb. 
Tayfur Əliyev 50 kq çəki dərəcəsində Qazaxıstan idmançısı Mukhammadali Khongeldiev ilə, Əli Yasinov 63.5 kq çəkidə türkiyəli Zekeriya Bek ilə mübarizənin qalib tərəfləri olublar. Mirac Qocayev (48 kq) isə ikinci olub.

Nəşr edilib : 28.04.2025 19:53