NAXÇIVAN :

28 Iyul 2026, Çərşənbə axşamı

Naxçıvandakı liseylər buraxılış imtahanlarında riyaziyyat fənni üzrə ölkənin ən yaxşı 20 məktəbi sırasında yer alıb

...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Qızlar Liseyi və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey 2026-cı il buraxılış imtahanlarının riyaziyyat fənni üzrə əldə etdikləri yüksək nəticələrlə ölkənin ən yaxşı məktəbləri sırasında yer alıblar.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən “Şərq qapısı”na bildirilib ki, Naxçıvan Qızlar Liseyi 74,73 faiz, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey isə 71,52 faiz nəticə göstərərək uğurlu təhsil mühitinin, peşəkar müəllim əməyinin və şagirdlərin əzmkarlığının bariz nümunəsini nümayiş etdirib.

Nəşr edilib : 28.07.2026 15:02