NAXÇIVAN :

28 Iyul 2026, Çərşənbə axşamı

Sahibə Qafarova Efiopiyaya gedib

...

Milli Məclisin sədri Sahibə Qafarova Əddis-Əbəbəyə (Efiopiya) rəsmi səfər edib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Efiopiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Əddis-Əbəbə beynəlxalq hava limanında S.Qafarovanı Efiopiyanın Xalq Nümayəndələri Palatasının sədr müavini Lomi Bedo və xarici işlər üzrə dövlət naziri, səfir Berhanu Tseqaye qarşılayıblar.

Səfər zamanı S.Qafarovanın Efiopiyanın yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirəcəyi və danışıqlar aparacağı gözlənilir. Tərəflər Azərbaycan-Efiopiya əlaqələrinin daha da möhkəmləndirilməsi məsələlərini, eləcə də müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edəcəklər.

Nəşr edilib : 28.07.2026 15:13