NAXÇIVAN :

22 Sentyabr 2026, Çərşənbə axşamı

Naxçıvanda yeni ünvan verilən daşınmaz əmlak obyektlərinin sayı 31,4 faiz artıb

...

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən bu ilin yanvar-avqust ayları ərzində, ümumilikdə, 6004 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən "Şərq qapısı"na verilən məlumata görə, bunlardan 2137-si daşınmaz əmlakın texniki pasportu, 3867-si isə torpaq sahəsinin planı və ölçüsüdür.
Hesabat dövründə 582 torpaq sahəsi, 102 mənzil, 79 fərdi yaşayış evi, 66 qeyri-yaşayış binası və 44 qeyri-yaşayış sahəsi olmaqla, ümumilikdə, 873 daşınmaz əmlak obyektinə yeni ünvan verilib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 31,4 faiz çoxdur.

Nəşr edilib : 22.09.2026 15:11