NAXÇIVAN :

13 Oktyabr 2026, Çərşənbə axşamı

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

...

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Rusiyada fəaliyyət göstərən “Voljsky Abraziv Zavodu” ASC-nin baş direktoru Sergey Kostrov, “Zenith Group” MMC-nin təsisçisi və direktoru Nigar Əskərova, həmçinin adıçəkilən şirkətlərin nümayəndələri ilə görüşüb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, görüşdə “Voljsky Abraziv Zavodu” ASC-nin və “Zenith Group” MMC-nin fəaliyyəti, həyata keçirdikləri layihələr barədə məlumat verilib. Muxtar respublikada yeni investisiya layihəsinin reallaşdırılması imkanları və sənaye sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Nazir Kazım Hüseynəliyev Naxçıvanda sənaye istehsalının genişləndirilməsi, yeni investisiyaların cəlb olunması və ixracyönümlü müəssisələrin yaradılmasının əsas prioritetlərdən olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, muxtar respublikada investorlar üçün yaradılan əlverişli biznes mühiti, tətbiq olunan güzəştlər və dövlət dəstəyi mexanizmləri yeni layihələrin reallaşdırılmasına imkan yaradır. Bu xüsusda avqustun 11-də Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Naxçıvan Sənaye Parkının önəmi vurğulanıb.
Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 08.10.2026 19:25