“Əməyin mühafizəsi və texniki təhlükəsizlik normal...
18:56 21.04.2026
0
0
0
İsti hava şəraiti ilə əlaqədar olaraq ilanların aktivliyi artmaqda davam edir. Kəngərli rayonunun Çalxanqala istiqamətində hərəkət edən sakinlər yolda qeyri-adi mənzərə ilə qarşılaşıblar.
Onların çəkdiyi videoda iriölçülü bir ilanın canlı udduğu və artıq onu həzm etməyə başladığı aydın şəkildə görünür. İlanın növü dəqiq müəyyən edilməsə də, görüntülərdəki əlamətlər onu Naxçıvan ərazisində rast gəlinən gürzə və ya su ilanı növünə bənzədir.
Mütəxəssislər əhaliyə xəbərdarlıq edirlər ki, yay mövsümündə açıq sahələrdə, xüsusilə çöl və dağlıq ərazilərdə ehtiyatlı olsunlar. Yollarda, bağlarda və su kənarlarında ilanlara rast gəlinməsi halları artıb.
Digər xəbərlər