NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Naxçıvanda yanğın nəticəsində 583 abonent qazsız qalıb

...

Naxçıvan şəhəri, Tumbul kəndində həyətyanı sahədə baş vermiş yanğın nəticəsində aşağıtəzyiqli yerüstü və yeraltı polietilen qaz kəməri zədələnib. 

"Şərq qapısı" xəbər verir ki, hadisədən dərhal sonra təhlükəsizlik səbəbi ilə ərazidə 583 abonentin qaz təchizatı dayandırılıb. Bərpa işlərinin qısa müddətdə yekunlaşdırılması planlaşdırılır və tamamlandıqdan sonra sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək. Hadisə nəticəsində xəsarət alan yoxdur.

Nəşr edilib : 01.10.2025 16:32