TÜRKPA-nın yeni Baş katibinin adı açıqlanıb
23:24 12.06.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bölgə xalq teatrları hazırladığı sevilən tamaşaları ilə teatrsevənlərin görüşünə gəlir.
Şahbuz Rayon Xalq Teatrı Sahib İbrahimlinin "Sadığın toyu" komediyası əsasında hazırladığı tamaşanı Naxçıvan Dövlət Milli Dram Teatrında teatrsevərlərə təqdim edib.
Şahbuz Rayon Xalq Teatrının rejissoru Emin Hüseynovun quruluş verdiyi səhnə əsərinin quruluşçu rəssamı Səxavət Paşayev, musiqi tərtibatçısı isə Muxtar Bağırovdur.
Tamaşada rolları Emin Hüseynov, İlahə Səfiyeva, Səadət Abdinova, Elbəyi Qəhrəmanov, Zərifə Alməmmədova, Səfər Həziyev, Allahverdi Yolçuyev, Afiyəddin Hacıyev , Vahid Məlikov, İlham Bağırov, Tahir Əsgərov və Əkrəm Baxşəliyev canlandırıblar.
Qeyd edək ki, səhnə əsəri ailə-məişət mövzusunda yazılmış komediyadır. Əsərdə kasıb kəndli Cəfər kişinin oğlu Sadığa toy etmək üçün ailədə baş verən gülməli və düşündürücü hadisələr təsvir olunur. Əsərdə ailə üzvləri arasındakı maddi maraqlar, ailədaxili ziddiyyətlər, kənd həyatının real mənzərəsi, ailə qurmaq mövzusunda baş verən gülməli və tənqidi situasiyalar, toy hazırlıqları zamanı üzə çıxan riyakar münasibətlər, həmçinin pulun və şəxsi maraqların ön plana çəkilməsi kimi məsələlər əksini tapır. Komediyada toy sevgi və səadət rəmzi olmaqdan çıxaraq şöhrətpərəstlik, təmtəraq, təzyiq və qarışıq maraqların oyunu kimi təqdim olunur. Naxçıvan Muxtar Respublikasının mədəniyyət müəssisələrinin əməkdaşlarının, şəhər ictimaiyyətinin izlədiyi tamaşa alqışlarla qarşılanıb.
Digər xəbərlər