NAXÇIVAN :

20 Yanvar 2026, Çərşənbə axşamı

Naxçıvanda vətəndaş müraciətlərinə baxılma qaydalarına dair vebinar keçirilib

...

Dekabrın 3-də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə “Vətəndaş müraciətlərinə baxılması və müraciətlərlə əlaqədar kargüzarlığın aparılmasının xarakterik cəhətləri” mövzusunda onlayn vebinar keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən müxtəlif dövlət qurumlarını təmsil edən 68 əməkdaş iştirak edib. Vebinarın təlimçisi hüquq üzrə fəlsəfə doktoru Seyfulla Aslanov mövzu ətrafında geniş təqdimatla çıxış edərək dövlət idarəçiliyində müraciətlərin düzgün qəbulu və operativ cavablandırılmasının institusional mədəniyyətin vacib elementi olduğunu vurğulayıb.
Çıxış zamanı vətəndaş müraciətləri ilə iş prosesində hüquqi şəxs anlayışının tətbiqi, müraciətlərin növləri və onların qəbulu qaydaları, müraciətlərlə əlaqədar kargüzarlığın aparılmasının tələbləri, eləcə də bu sahədə qanunçuluq prinsipinin rolu ətraflı izah edilib. Bildirilib ki, müraciətlərə baxılması prosesi 10-dan artıq normativ-hüquqi aktla tənzimlənir və bu çərçivə dövlət orqanlarında şəffaf, dəqiq və standartlaşdırılmış idarəetməni təmin edir. Vebinar qarşılıqlı diskusiya şəraitində keçib, iştirakçıların praktiki sualları cavablandırılıb.
Onu da diqqətinizə çatdırırıq ki, onlayn təlimlər “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində təşkil olunur.

Nəşr edilib : 04.12.2025 14:08