NAXÇIVAN :

13 Oktyabr 2026, Çərşənbə axşamı

Naxçıvanda vergi ödəyicilərinin sayı 7 faizə yaxın artıb

...

Bu il oktyabrın 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 56.810 vergiödəyicisinin 94,7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,9 faiz, hüquqi şəxslərin sayı isə 7,1 faiz artıb.

Qeydiyyatda olan kommersiya qurumlarının sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,6 faiz artaraq 1.966 olub. 2026-cı ilin yanvar- sentyabr aylarında kommersiya qurumlarının 81,8 faizi elektron qaydada, 18,2 faizi kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.

Nəşr edilib : 13.10.2026 10:58