103 yaşlı mətbu orqanın gənc jurnalistləri
16:46 21.11.2024
0
0
0
Cari ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən, ümumilikdə, 37 min 568 şəxs qəbul edilib.
Xidmətdən "Şərq qapısı"na bildirilib ki, mərkəzlərdə vergi
qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və digər məsələlərlə bağlı 50 min 437 xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,1 faiz çoxdur. Ümumi xidmətlərin 91 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib.
Yanvar-oktyabr aylarında vergi ödəyicilərinə 485 min 299 məlumatlandırma
xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 79 görüş keçirilib, 574 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 5116 müraciət üzrə 9047 "Asan imza" sertifikatı verilib.
Digər xəbərlər