Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sa...
19:20 06.06.2026
0
0
0
Mayın 26-da Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində velosipedlə “Sağlam şəhər turu” aksiyası keçirilib.
"Şərq qapısı" xəbər verir ki, sağlam həyat tərzinin təbliği, gənclər arasında fiziki aktivliyin təşviqi, ekoloji mədəniyyətin formalaşdırılması və şəhərin memarlıq irsinin tanıdılması məqsədilə təşkil olunan aksiyaya, ümumilikdə, 60-a yaxın iştirakçı qoşulub.
Tura Naxçıvan Tibb Kollecinin önündən start verilib. Şəhərin müxtəlif küçə və prospektlərini əhatə edən velotur zamanı iştirakçılar həm fiziki fəallıq nümayiş etdirib, həm də Naxçıvan şəhərinin müasir infrastrukturu, abadlaşdırılmış əraziləri və memarlıq nümunələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Turun sonunda yenidən başlanğıc nöqtəsinə qayıdan iştirakçılar, təxminən, 7,5 kilometr məsafə qət ediblər.
Digər xəbərlər