İlham Əliyev Azərbaycanın minifutbol üzrə dünya çe...
20:34 02.06.2025
0
0
0
NAXÇIVAN :
03 Iyun 2025, Çərşənbə axşamı
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Naxçıvan Şəhər İcra Hakimiyyəti, muxtar respublika Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də Təhsil, Mədəniyyət, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqların rəngli dünyası” festivalı keçirilib.
"Şərq qapısı" xəbər verir ki, festivalda dövlət və hökumət nümayəndələri, ictimai təşkilatlar, uşaq bağçaları, musiqi məktəbləri, yaradıcı kollektivlər, ictimaiyyət üzvləri, uşaqlar, valideynlər iştirak ediblər.
İki yüzə yaxın uşaq “Böyük bağ” adlanan ərazinin qarşısından tədbirin təşkil olunduğu Əcəmi Seyrəngahına yürüş edib.
Bayram festivalında əvvəlcə uşaqlara daim böyük qayğı göstərən Ümummilli Lider Heydər Əliyevin “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində yerləşən büstü önünə gül dəstələri qoyulub.
Sonra Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev ayev və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış ediblər.
Qeyd olunub ki, ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün dövlət uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Naxçıvanda da uşaqların, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının və sağlamlıqlarının qorunması, təhsili, asudə vaxtının səmərəli təşkili, həmçinin istedadlarının üzə çıxarılması ilə bağlı tədbirlər görülür. Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə belə möhtəşəm festivalın keçirilməsi də uşaqlara göstərilən yüksək qayğının bariz nümunəsidir.
Sonra Naxçıvan şəhərində fəaliyyət göstərən uşaq bağçalarının balaca fidanları tərəfindən kompozisiya nümayiş etdirilib, təhsil sahəsində fərqlənən şagirdlər mükafatlandırılıb. Həmçinin uşaq musiqi məktəblərinin yaradıcı kollektivləri bir-birindən maraqlı musiqi və rəqs nümunələri ilə çıxış ediblər, maraqlı tamaşalar və personajların iştirakı ilə əyləncələr təşkil olunub.
Festival çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid və qazi ailələrinin uşaqlarına, sağlamlıq imkanları məhdud balacalara və festivalda iştirak edən uşaqlara hədiyyələr təqdim olunub. Yaradıcı şəxslərin, kollektivlərin əl işləri, rəngarəng stendlər uşaqlarda böyük maraq yaradıb. İştirakçıların asudə vaxtının, mədəni istirahətinin təmini üçün ərazidə iaşə xidmətləri də təşkil edilib.
11:00
Naxçıvan şəhərində yerləşən “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqların rəngli dünyası” festivalı keçirilir.
"Şərq qapısı" xəbər verir ki, festival ərazisi xüsusi dekorlarla bəzədilib və beş əsas zona qurulub. "Təhsil zonası”nda uşaqlar üçün müxtəlif yaradıcı və maarifləndirici dərnəklər fəaliyyət göstərir. Burada xalçatoxuma, STEAM, frontal zəka oyunları, dulusçuluq, döymə, oyma, rəsm, muncuq işi və digər sahələr üzrə stendlər nümayiş olunur. “İdman zonası”nda isə stolüstü tennis, şahmat, voleybol, “Şən startlar” və müxtəlif əyləncəli uşaq oyunları təşkil edilib.
Qeyd edək ki, “Uşaqların rəngli dünyası” festivalı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, muxtar respublika Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də Təhsil, Mədəniyyət, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilir.
Digər xəbərlər