NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Naxçıvanda uşaq bağçalarında sanitar-gigiyenik vəziyyətlə bağlı maarifləndirici seminar keçirilib

...

Naxçıvan şəhər 3 nömrəli körpələr evi – uşaq bağçasında muxtar respublikada fəaliyyət göstərən uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyətlə bağlı maarifləndirici seminar keçirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov açılış nitqi ilə çıxış edərək mövzunun əhəmiyyətini vurğulamışdır.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Uşaq problemləri şöbəsinin müdiri Gülər Əhmədova çıxış edərək vurğulayıb ki, uşaq sağlamlığının qorunması dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. O bildirib ki, mövcud qanunvericiliyə əsasən sanitariya normalarının pozulmasına yol verən şəxslər hüquqi məsuliyyət daşıyırlar. Eyni zamanda aparılan nəzarət tədbirləri uşaqların sağlam və təhlükəsiz şəraitdə böyüməsini təmin etməyə yönəldilmişdir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Zakir Cəfərov və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Həmidə Qoçəliyeva çıxış edərək uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyətin daim nəzarətdə saxlanılmasının əhəmiyyətini qeyd ediblər. Onlar sanitar normalara riayət olunmasının vacibliyini vurğulayıblar.

Sanitar-gigiyenik vəziyyətə məsul şəxslərlə yanaşı, müəllimlərin də iştirak etdiyi seminar diskussiya xarakterli olub və mövzu ilə bağlı broşürlər paylanılıb.

Nəşr edilib : 15.08.2025 14:01