NAXÇIVAN :

25 Noyabr 2024, Bazar ertəsi

Naxçıvanda təhsil müəssisələrində dezinfeksiya tədbirlərinə başlanılıb

...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində dezinfeksiya işlərinə başlanılıb.

Dezinfeksiya tədbirlərinin aparılmasında məqsəd infeksion və mövsümi xəstəliklərə, viruslara qarşı yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktiki  tədbirlərin effektivliyinin yüksəldilməsidir.

 Dezinfeksiya işləri Təhsil Nazirliyi ilə bağlanmış müqavilə əsasında "Dezon" şirkəti tərəfindən aparılır.
Qeyd edək ki, dezinfeksiya işlərində  istifadə olunan maddələrin insan sağlamlığına heç bir zərəri yoxdur.

Nəşr edilib : 08.10.2024 12:06