NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Naxçıvanda taxıl üzrə məhsuldarlıq göstəricisi artıb

...

Naxçıvan Muxtar Respublikasında cari ilin məhsulu üçün 17 min 6 hektar sahədə taxıl əkini həyata keçirilib. Ümumilikdə, 16 min 988 hektara yaxın əkin sahəsində biçin aparılıb. Yanğın, dolu vurma, su ətrafı ərazilərdə suyun yüksəlməsi və digər səbəblərdən 18,4 hektar sahədə biçin aparmaq mümkün olmayıb. Biçilən sahələrdən 48 min tondan artıq məhsul toplanıb. Toplanan məhsulun 26 min 548,5 tonunu buğda, 21 min 686,9 tonunu isə arpa təşkil edib. Buğda üzrə orta məhsuldarlıq 30, arpa üzrə isə 26,7 sentner olub. 
Cari ilin payızlıq əkinləri üçün 5583 istehsalçıya 2 milyon 166 min 690,24 manat dəyərində 3 milyon 939 min 436,80 kiloqram gübrə verilib, 875 min 764,45 manat məbləğində subsidiya fermer kartlarına köçürülüb. Digər yazlıq əkinlər üçün də daxil olmaqla, ümumilikdə, 1485 istehsalçı 401 min 536,3 manat dəyərində 730 min 66 kiloqram gübrə ilə təmin olunub, nağd vəsaitlərin kartlara köçürülməsi prosesi davam etdirilir. Muxtar respublika üzrə ən yüksək göstərici 36,1 sentner olmaqla Sədərək rayonu, ən aşağı göstərici isə 20 sentner olmaqla Naxçıvan şəhəri üzrə qeydə alınıb.
Qeyd edək ki, muxtar respublikada cari mövsüm üçün keyfiyyətli əkin aparılması əsas götürülüb. Ötən il 21 min hektar sahədən 49 min ton məhsul götürüldüyü halda, bu il 17 min 6 hektar taxıl sahəsindən 48 min tondan artıq məhsul tədarük olunub. Bununla yanaşı, 2023-cü ildə taxıl istehsalı üzrə orta məhsuldarlıq 24,9 sentner olduğu halda, cari ildə orta məhsuldarlıq 3,5 sentner çox, 28,4 sentner təşkil edib.

Nəşr edilib : 18.09.2024 17:05