İran Prezidenti Məsud Pezeşkian Bibiheybət məscidi...
21:34 28.04.2025
0
0
0
NAXÇIVAN :
28 Aprel 2025, Bazar ertəsi
Aprelin 28-də Hüquq və İnsan Haqları İnstitutu “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə maarifləndirmə tədbiri keçirilib.
Naxçıvan Dövlət Universitetində “Süni intellekt və insan hüquqları” mövzusunda təşkil olunan məlumat sessiyasında 42 nəfər məhkəmə, prokurorluq, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, həmçinin müəllimlər, tələbələr, QHT və yerli media nümayəndələri iştirak ediblər.
Tədbirin açılışında Ombudsman təsisatının İnsan hüquqlarının müdafiəsi və hüquqi maarifləndirmə şöbəsinin müdiri Vahidə Bayramova çıxış edərək süni intellektin inkişafı və istifadəsi ilə əlaqədar yaranan hüquqi problemlərə toxunub. O bu cür maarifləndirmə tədbirlərinin insan hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıdığını, habelə insan hüquq və azadlıqlarının müdafiə mexanizmlərinin təşviqatı məqsədilə vacib olduğunu qeyd edib.
Daha sonra institutun təlimçi-eksperti Heydər Həsən oğlu Əliyev mövzu üzrə geniş təqdimatla çıxış edərək “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nda nəzərdə tutulmuş tədbirlər barədə məlumat verib. O, süni intellektin insan hüquqlarına mənfi və müsbət təsirləri, etik və hüquqi çərçivəsi, tətbiq edildiyi sahələrdə informasiya təhlükəsizliyi riskləri barədə məlumat verib.
Qeyd edək ki, bu kimi məlumat sessiyaları texnoloji inkişafların insan hüquqları ilə əlaqəsinin geniş müzakirə olunmasına və hüquqi tənzimləmələrin düzgün şəkildə həyata keçirilməsinə töhfə verir, həmçinin gələcəkdə süni intellektin istifadəsi zamanı qarşıya çıxacaq problemlərin öncədən müəyyənləşdirilməsi və həllini önə çəkir.
Digər xəbərlər