“Araz sahilində doğan günəş” tamaşası Bakı şəhərin...
00:09 24.12.2024
0
0
0
NAXÇIVAN :
24 Dekabr 2024, Çərşənbə axşamı
Naxçıvan Muxtar Respublikası Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Rəssamlar Birliyinin Rus Evi, İnformasiya və Mədəniyyət Mərkəzi ilə birgə “Səyahət edən namələr” adlı beynəlxalq sərgisi açılıb.
"Şərq qapısı" xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, abidə önünə tər gül dəstələri düzüblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixdə "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd olunması haqqında" imzaladığı Sərəncam müstəqil və qalib ölkəmizin müasir tarixində əhəmiyyətli hadisə kimi şərh edilir. Ulu Öndər Heydər Əliyev deyirdi: "Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq”.
Qeyd olunub ki, Prezidentin Sərəncamına əsasən ölkəmizin demək olar ki, əksər regionlarında Naxçıvan muxtariyyətinin 100 illiyi qeyd olunur. Rəssamlar Birliyi də artıq sayca 10-cu tədbiri keçirir. Bu sərgi də daxil olmaqla, 3 beynəlxalq sərgi böyük maraq doğurub. Həmçinin bu il "Yaşıl dünya naminə həmrəylik ili" də elan
olunduğundan, bəzi sərgilər tematikaya uyğun keçirilir. Bu gün daha bir maraqlı və bu ilin sonuncu sərgisi "Səyahət edən namələr" adlı gələcək nəsillərə mistik, şəkilli mesajlar sənətsevərlərə təqdim edilir. Namə – qədim məktubdur, içində keçmişdən gələcəyə ünvanlanmış
sirlər, düşüncələr və mesajlar daşıyır. Dünya rəssamları və sənət adamları öz namələrini sülh, sevgi, əmin-amanlıq və dostluğun hökm sürdüyü təmiz, azad bir dünya üçün ünvanlamaq istəyirlər. Məqsəd – bu mesajları incəsənətin dili ilə dünyaya çatdırmaqdır.
Vurğulanıb ki, “Köçəri namələr” beynəlxalq incəsənət layihəsinin Tatarıstandan olan rəssam və layihə kuratoru Alfiya İlyasova Sargin və Yakutiyadan olan rəssam Natalya Nikolaevnanın təşəbbüsü ilə həyata keçirilir. 2006-cı ildə Moskva Millətlər Evində, III Etnik Festival çərçivəsində başlayan bu layihə bir yerdən digərinə köçərək müxtəlif xalqlar arasında mədəni körpülər yaratmış və hər yerdə yeni mənalar qazanıb.
Sonra Rus Evinin rəhbəri İrek Zinnurov,
Azərbaycan Respublikası Milli Məclisin deputatı Səttar Möhbalıyev, Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya, AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova belə maraqlı sərginin təşkilinə görə təşəkkür edib, rəssamlara yaradıcılıq yollarında uğurlar arzulayıblar.
Sonra sərgi iştirakçılarına “Təşəkkürnamə”lər təqdim olunub. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin tələbələri, Azərbaycan və Türkiyədən olan “Turan” vokal-insturumental ansamblının ifasında xalq mahnıları səslənib və sərgiyə baxış olub.
Qeyd edək ki, dekabr ayının 30-dək davam edəcək sərgidə 10 ölkədən 55 rəssamın əsərləri sərgilənir.
Aidə İBRAHİMOVA
Digər xəbərlər