Malatyada sərnişin avtobusu dərəyə aşıb, 4 nəfər ö...
22:03 03.05.2026
0
0
0
Naxçıvanda sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə keçirilən test imtahanının ikinci gününün nəticələri məlum olub. İmtahanda iştirak edən 562 təhsilverəndən 160-ı, yəni 28,5 faizi 51-60 bal aralığında nəticə göstərib.
“Şərq qapısı” xəbər verir ki, ümumilikdə, imtahana cəlb olunan 565 müəllimdən 562-si iştirak edib ki, bu da 99,4 faiz iştirak göstəricisi deməkdir.
Qeyd edək ki, sertifikatlaşdırma prosesi çərçivəsində 3 namizəd maksimum nəticə – 60 bal toplayaraq ən yüksək göstəriciyə nail olub.
Məlumat üçün bildirək ki, sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə növbəti test imtahanı mayın 10-da fizika, ibtidai sinif, coğrafiya, 11-də isə fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, musiqi, tarix, təsviri incəsənət və texnologiya müəllimləri üçün təşkil olunacaq.
Digər xəbərlər