NAXÇIVAN :

25 Iyun 2025, Çərşənbə

Naxçıvanda saxta alkoqollu içkilər aşkarlanıb

...

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan dövlət nəzarət tədbirləri zamanı bir sıra topdan və pərakəndə satış obyektlərində qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinə cavab verməyən saxta alkoqollu içkilər aşkarlanıb.
"Şərq qapısı" xəbər verir ki, satışı həyata keçirilən bir neçə adda alkoqollu içkilərin qida təhlükəsizliyi reyestrindən çıxarışı olmayan müəssisələr tərəfindən istehsal olunduğu, alkoqollu içkilərin üzərində göstərilən istehsalçıların mövcud olmadığı, mənşəyi, istehsalçının adı, ünvanı barədə dolğun məlumatların göstərilmədiyi müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, saxta məhsulların satışının qarşısı alınmış və ümumi həcmi 168 litr olan 12 adda müxtəlif həcmli 305 ədəd alkoqollu içkinin dövriyyədən çıxarılaraq məhv edilməsi barədə qərar qəbul olunub. 25.06.2025-ci il tarixdə qərarın icrası təmin edilib. Agentlik tərəfindən istehlakçıların hüquqlarının qorunması məqsədilə dövlət nəzarət tədbirləri davam etdiriləcəkdir.

Nəşr edilib : 25.06.2025 18:09