NAXÇIVAN :

15 Yanvar 2026, Cümə axşamı

Naxçıvanda sahibkarlara 363 mənşə sertifikatı verilib

...

Cari ilin 9 ayında Naxçıvanda sahibkarlara 363 mənşə sertifikatı verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 74 ədəd və ya 25,6 faiz çox olub.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, mənşə sertifikatları, əsasən, tikinti, mineral sular, meyvə-tərəvəz, tütün məmulatları və digər məhsulların ixracı üçün təqdim olunub. Əsas ixrac istiqamətləri Amerika Birləşmiş Ştatları, Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə, Tacikistan, İran, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən və Fələstin olub.

Nəşr edilib : 23.10.2025 10:29