Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olu...
19:57 20.09.2026
0
0
0
Sahibkarlığın inkişafının stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində qəbul olunmuş qanunvericilik dəyişikliklərinə uyğun olaraq 2026-cı il yanvarın 1-dən etibarən Naxçıvan Muxtar Respublikasında vergi, gömrük və sosial sığorta güzəştləri tətbiq olunur.
“Şərq qapısı” Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu çərçivədə 2026-cı ilin yanvar-avqust aylarında 12 sahibkarlıq subyektinə, ümumilikdə, 139 təsdiqedici sənəd təqdim olunub. Həmin sənədlərdən 7-si texnika, texnoloji avadanlıqlar və qurğuların idxalı, 132-si isə xammal və materialların idxalı üçün verilib.
Nəticədə, cari ilin 8 ayında Rusiya, Çin, Türkiyə, İran, İraq, Gürcüstan, Avstriya, Almaniya, Cənubi Koreya kimi ölkələrdən idxal olunan xammal, material və texnoloji avadanlıqlara görə sahibkarlar əlavə dəyər vergisi və gömrük rüsumları üzrə, ümumilikdə, 4,2 milyon manat məbləğində güzəşt əldə ediblər.
Digər xəbərlər