NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Naxçıvanda restoran yandı

...

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində yerləşən restoranda yanğın baş verməsi barədə məlumat daxil olub. 
"Şərq qapısı" xəbər verir ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası FHN-in Dövlət Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub. 
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus ümumi sahəsi 420 kv.m olan restoranın çardaq hissəsində baş vermiş yanğın genişlənməsinə, həmçinin restoranın ərazisinə və bitişik yerləşən yaşayış binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində restoranın çardaq hissəsi 20 kv.m sahəsi yanıb. 
Restoranın işçi heyəti və müştərilər təxliyə edilib. Xəsarət alan olmayıb.
Restoran və bitişik yerləşən yaşayış binası yanğından mühafizə olunub.

Nəşr edilib : 22.03.2026 15:21