İlham Əliyev Azərbaycanın minifutbol üzrə dünya çe...
20:34 02.06.2025
0
0
0
Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Naxçıvanda “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransı – "MEDİAFEST-2025" keçiriləcək. Tədbir Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı olan “Şərq qapısı” qəzetinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Naxçıvanda media sahəsində mühüm hadisələrdən biri olan bu tədbir üçün hazırlıqlar son mərhələdədir. “Şərq qapısı” qəzeti redaksiyasında keçirilən son iclasda tədbirin təşkilati məsələləri müzakirə olunub, media tərəfdaşları və proqramla bağlı yekun razılaşmalar əldə edilib. Qeyd edək ki, tədbirdə 70-ə yaxın tanınmış media nümayəndəsinin iştirakı nəzərdə tutulub. Tədbirə Türk dünyası və Avropanı təmsil edən tanınmış media rəhbərlərinin də videomüraciətləri ünvanlanacaq.
"MEDİAFEST-2025" çərçivəsində panellər, təqdimatlar, interaktiv sessiyalar və təlimlər də keçiriləcək.
Digər xəbərlər