NAXÇIVAN :

13 Oktyabr 2026, Çərşənbə axşamı

Naxçıvanda “PeşəFest-2026” keçirilir

...

Bu gün Naxçıvanda “Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan "PeşəFest-2026" festivalı keçirilir.

Festivalın əsas məqsədi gənclərin və şagirdlərin peşə seçiminə dəstək olmaq, onları gələcəyin peşələri və əmək bazarının tələblərinə uyğun ixtisaslarla tanış etmək, həmçinin gələcək karyeralarını düzgün planlaşdırmalarına kömək göstərməkdir.

Tədbir gənclərin peşə bacarıqları və karyera imkanları barədə məlumatlandırılması, eləcə də peşə təhsilinə marağın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Nəşr edilib : 13.10.2026 10:19