NAXÇIVAN :

12 Fevral 2025, Çərşənbə

Naxçıvanda peşə təhsili müəssisələrinin əməkdaşları üçün təlimlərə başlanılıb

...

Fevralın 4-dən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin əməkdaşları üçün təlimlərə başlanılıb.
Qeyd edək ki,  Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları tərəfindən keçirilən 4 günlük təlimlərdə iştirakçılara
kurikulumların hazırlanması, tətbiqi, tədrisin təşkili, attestasiya qaydaları, sənədlərlə iş, tələbə təqaüdlərinin verilməsi qaydası, istehsalat təlimi və təcrübəsinin təşkili ilə bağlı əyani vasitələrdən istifadə edilərək məlumatlar verilib, təlim iştirakçılarının sualları cavablandırılıb.

Nəşr edilib : 04.02.2025 17:17