NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Naxçıvanda peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üçün müsahibə mərhələsi təşkil olunub

...

"Şərq qapısı" xəbər verir ki, avqustun 29-da 2024/2025-ci il tədris ili üçün Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin  müsahibə mərhələsi təşkil olunub.
Müsahibə mərhələsinə peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqənin test mərhələsində uğur qazanmış namizədlər dəvət olunub. 
Müsahibədə “Əməliyyatçı mühasib” və “Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, avtomobil sürücüsü (BC kateqoriyası)” ixtisasları üzrə  ixtisas fənn müəllimlərinin, “Turizm sahəsində iaşə üzrə mütəxəssis” və “Xalçaçı” üzrə istehsalat təlimi ustalarının  bilik və bacarıqları qiymətləndirilmişdir.
Qeyd edək ki, müsahibənin nəticələri haqqında məlumat müsahibənin keçirildiyi tarixdən 5 iş günü müddətində namizədlərin şəxsi kabinetlərinə göndəriləcək.

Nəşr edilib : 29.08.2024 14:00