NAXÇIVAN :

27 Iyun 2026, Şənbə

Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 616 milyon manatı ötüb

...

Cari ilin yanvar-may aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 616 milyon 317 min 200 manat təşkil edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz çoxdur.

Ticarət şəbəkəsində 318 milyon 19 min 700 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 298 milyon 297 min 500 manatlıq qeyri-qida məhsulları satılıb.

Nəşr edilib : 11.06.2026 13:30